Avrokubok mövsümü başa çatdırılacaq

 15:53 20.04.2021     265

Çempionlar Liqasının və Avropa Liqasının cari mövsümdəki yarımfinal oyunları təqvimə uyğun şəkildə keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, Superliqa klublarını turnirdən kənarlaşdırmaqla hədələyən UEFA belə sərt cəzaya əl atmayacaq.

Çempionlar Liqasının yarımfinalında oynayacaq komandalardan üçü – “Çelsi”, “Mançester Siti” və “Real”, Avropa Liqasında mübarizəni davam etdirənlərin ikisi – “Arsenal”la “Mançester Yunayted” Superliqaya qatılan klublardır. Daha öncə onların avrokuboklardan dərhal kənarlaşdırılacağı və mümkün variantlar müzakirə olunurdu. //APA

Vumart və Güvən reklamı Vumart Güvən