Bekhem Avropa Superliqasını tənqid etdi - FOTO

 16:31 20.04.2021     75

“İnter Mayami” klubunun sahibi və prezidenti, dünya şöhrətli keçmiş futbolçu Devid Bekhem Avropa Superliqasının yaradılmasına münasibət bildirib. 

Redaktor.az bildirir ki, o qeyd edib ki, futbol azarkeşlərinin əməyə söykənən yarışlara ehtiyacı var və bu dəyərlər qorunmasa, sevdikləri oyun təhlükə ilə üzləşə bilər.

D.Bekhem fikirlərini şəxsi “Instagram” səhifəsində yazıb:

“Mən futbolu sevən biriyəm. Futbol mənim həyatım olub, onu sevmişəm. Uşaqlığımda da futbol azarkeşi olmuşam və indi də bu oyunun azarkeşi olaraq qalıram. Keçmiş oyunçu, indi isə futbol klubunun sahibi olaraq bilirəm ki, bizim idman azarkeşsiz heç nədir. Futbol azarkeşlərinin əməyə söykənən yarışlara ehtiyacı var, amma əgər biz bu dəyərləri qorumasaq, onların sevdikləri oyun təhlükə ilə üzləşə bilər”, - D.Bekhem qeyd edib. //Oxu.az

2