Avropa çempionatı: Qadın güləşçilərimizin ilk rəqibləri bilindi

 21:41 20.04.2021     243

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında iştirak edəcək Azərbaycanın qadın güləşçilərinin ilk rəqibləri bəlli olub.

Redaktor.az-ın məlumatına görə, artıq bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib.

Aprelin 21-də Mariya Stadnik, Elis Manolova və Səbirə Əliyeva, bir gün sonra isə Tatyana Varansova və İrina Netreba xalça üzərinə çıxacaq.

50 kq
1/4 final: Mariya Stadnik - (Rusiya) - Yekaterina Poleşçuk (Rusiya)

53 kq
1/4 final: Tatyana Varansova - Olqa Xoroşavtsova (Rusiya)

65 kq
1/8 final: İrina Netreba - Tatyana Pavlova (Belarus)

68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç)

76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya) //Report