Karate üzrə Premyer Liqanın Bakıda keçiriləcəyi TARİX

Gələn il Bakıda keçiriləcək karate üzrə Premyer Liqa yarışının nə vaxtı açıqlanıb.
Redaktor.az-ın xəbərinə görə, Ümumdünya Karate Federasiyası (WKF) 2022-ci il üçün ehtimal olunan təqvimini açıqlayıb.
Təqvimə beş Premyer Liqa, dörd Gənclər Liqası və üç Seriya A yarışı salınıb. Bakıda keçiriləcək Premyer Liqa yarışı ilin dördüncü analoji turniri olacaq və 2-4 sentyabr tarixlərində baş tutacaq.
Bundan başqa, yeniyetmələr, gənclər və U-21-lərin Avropa çempionatının Çexiyanın paytaxtı Praqada (4-6 fevral), böyüklərin Avropa çempionatının Türkiyənin Qaziantep şəhərində (11-15 may), o cümlədən yeniyetmələrin, gənclərin və U-21-lərin dünya çempionatının Türkiyənin Konya şəhərində (26-30 oktyabr) keçirilməsi təsdiqlənib.
Qeyd edək ki, ötən ilin martında Avropa çempionatı və bu ilin martında Premyer Liqa yarışı Bakıda keçirilməli olsa da, pandemiya səbəbindən baş tutmayıb. //Oxu.az