Cüdoçularımızın qatılacağı turnir azarkeşlərlə keçiriləcək

 18:38 22.04.2021     193

Rusiyanın Kazan şəhərindəki cüdo üzrə Böyük Dəbilqə turniri azarkeşlərin iştirakı ilə keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə Avropa Cüdo İttifaqının (EJU) prezidenti Sergey Soloveyçik TASS-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün təhlükəsizlik tədbirləri görülməklə, zala ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacaq.

Qeyd edək ki, 5 - 7 mayda təşkil olunacaq Böyük Dəbilqədə Azərbaycan cüdoçuları da qüvvəsini sınayacaq. //Report