Gimnastımız Avropa çempionatının finalına vəsiqə qazanıb

 23:05 22.04.2021     243

Azərbaycan gimnastı İvan Tixonov İsveçrədə keçirilən idman gimnastikası üzrə Avropa çempionatında finala yüksəlib.

Redaktor.az-ın məlumatına görə, o, çoxnövçülük nəticələrinə əsasən, təsnifat mərhələsində 10-cu yeri tutaraq həlledici mərhələyə vəsiqə qazanıb.

Mübarizəyə qoşulan digər gimnastlardan Nikita Simonov 18-ci, Ağamurad Qəhrəmanov isə 77-ci olub.

Qeyd edək ki, final çıxışı aprelin 23-də olacaq. //Report