Natalya Məmmədova karyerasını başa vurub

Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova karyerasını başa vurub.
Redaktor.az-ın məlumatına görə, bu barədə hücumçunun çıxış etdiyi “Volero le Kannet” klubunun sosial şəbəkə hesabında bildirilib.
Qeyd edilib ki, yüksək səviyyədə 20 mövsüm keçirən N.Məmmədova üçün “Mark En Barel” klubuna qarşı görüş sonuncu olub.
Milliləşən ukraynalı idmançı 2003-cü ildə “Azərreyl”ə transfer olunub, bir il sonra yığmamıza cəlb edilib. O, 2004-18-ci illərdə millinin formasını geyinib. //Apasport
