Perez UEFA-nın Super Liqa təhdidlərinə cavab verdi

 09:14 25.04.2021     248

Madrid “Real”ı və Super Liqanın prezidenti Florentino Perez UEFA rəhbəri Aleksander Çeferinin yeni turnirin yaradılması ilə bağlı təhdidlərinə münasibət bildirib.

Redaktor.az bildirir ki, o, bu fikirləri səsləndirib:

“Mən beləsini heç vaxt görməmişəm. Biz məcburən məhkəməyə müraciət etdik. Həmin məhkəmə isə UEFA və FIFA-ya, həmçinin milli liqa və federasiyalara Super Liqa hazırlıqlarına əngəl törədəcək hər hansı addımdan çəkinməyi tövsiyə etdi.

Bu qərar UEFA-nın monopoliyasını məhv etdi. Buna baxmayaraq, Çeferin təhdidlərinə davam edir”. //Oxu.az