"Keşlə" "Səbail"li məğlub edib

 20:30 25.04.2021     296

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, "Keşlə" "ASK Arena"da "Səbail"lə qarşılaşıb.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə Rəhman Hacıyev vurub.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Keşlə" son pillədən xilas olub və 6-cı sıraya yüksəlib. 21 xalı olan "Səbail" isə 7-ci pilləyə geriləyib.

Qeyd edək ki, günün ilk matçında "Qarabağ" Qəbələdə eyniadlı komandanı darmadağın edib - 5:0. Hazırda davam edən "Sabah" - "Neftçi" görüşündə ilk hissə oynanılır və Masazır təmsilçisi 2:0 hesabı ilə öndədir. Turun son matçı saat 20:00-da "Zirə" və "Sumqayıt" komandaları arasında olacaq. //Report.az