İspaniyada 20 yaşlı futbolçu ölüb

 14:17 26.04.2021     264

İspaniyanın "Las Palmas" klubunun sabiq futbolçusu Luis Oxeda Suares 20 yaşında dünyasını dəyişib.

Redaktor.az-ın məlumatına görə, klubun rəsmi saytı ölüm səbəbini açıqlamayıb. Əvəzində gənc oyunçuya başsağlığı verilib.

Qeyd edək ki, Luis Oxeda Suares 2017 - 2019-cu illərdə "Las Palmas"ın gənclərdən ibarət komandasının formasını geyinib. //Report.az