UEFA İbrahimoviçə qarşı istintaqa başlayıb

 08:52 27.04.2021     82

UEFA “Milan”ın və İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviçə qarşı istintaqa başlayıb.

Redaktor.az bildirir ki, UEFA İntizam Reqlamentinin 31-ci maddəsinin 4-cü bəndinə əsasən, 39 yaşlı forvardın bukmeker kontorunda maddi maraqlarının olması iddiasıyla əlaqədar məsələnin araşdırılması üçün müfəttiş təyin olunub.

FİFA və UEFA-nın qaydalarına görə, əgər futbolçuların bukmeker kontorlarında hər hansı bir maraqları varsa, onlar adıçəkilən təşkilatların himayəsi altıındakı yarışlara qatıla bilməzlər. Bu tələbin pozulmasına görə isə futbolçunun 3 ilə qədər futboldan kənarlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildən etibarən “Bethard” bukmeker kontorunun 10 faizi İbrahimoviçə məxsus “Unknown AB” şirkətinə aiddir. //Oxu.az