"Liverpul"un gəlirləri azalıb

 17:57 27.04.2021     120

İngiltərənin "Liverpul" klubu rəsmi saytında 2019/2020 mövsümünün maliyyə hesabatını açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, Mersisayd təmsilçisinin ümumi gəlirləri 43 milyon funt sterlinq azalıb.

Buna ötən il pandemiya səbəbindən Premyer Liqada məcburi fasilənin yaranması və matçların azarkeşsiz keçirilməsi səbəb olub.

Klubun media gəlirləri 59 milyon funt sterlinq azalaraq, 202 milyon funta düşüb. Həmçinin, ev oyunlarının sayının azalmasına görə matç gəlirləri 71 milyon funt sterlinq təşkil edib.

Əvəzində "Liverpul"un şirkətlər ilə yeni əməkdaşlıq müqavilələri sayəsində kommersiya gəlirləri 29 milyon funt sterlinq artaraq, 217 milyon funta çatıb. //Report.az