“Bavariya” yeni baş məşqçisini təqdim etdi

“Bavariya” klubunun rəhbərliyi hazırda “Leyptsiq”ə rəhbərlik edən Yulian Nagelsmanın 1 iyul 2021-ci ildən etibarən Münhen klubunun baş məşqçisi postuna keçəcəyini bildirib.
Redaktor.az bildirir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sözləşmənin müddəti 2026-cı ilədək nəzərdə tutulub. //Oxu.az