“Borussiya”nın qapıçısı donor olub

 16:25 27.04.2021     73

Dortmund “Borussiya”sının qapıçısı Marvin Hits nümunəvi addımla gündəmə gəlib.

Redaktor.az-ın məlumatına görə, 34 yaşlı qolkiper bir xəstəyə kök hüceyrə donoru olub. 

Maraqlıdır ki, İsveçrə millisinin sabiq üzvü kimə kömək etdiyini hələ bilmir. Çünki xəstəyə iki illik anonimlik dövrü verilir. Hits tanımadığı xəstəyə şəfa diləyib: “Ümid edirəm ki, həmin insanın tam sağalmasına köməyim dəyər. Bu mənim ən böyük arzumdur”. 

Qeyd edək ki, Marvin Hits 2018-ci ildən “Borussiya”nın formasını geyinir. //APA