Naqelsmanın əvəzləyicisi bəlli olub

Almaniyanın “Leypsiq” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Redaktor.az-ın məlumatına görə, bunu Bundesliqa klubunun mətbuat xidməti açıqlayıb.
Növbəti mövsümdən “Bavariya”nı çalışdıracaq Yulian Naqelsmanı Cessi Marş əvəzləyəcək. Hazırda Avstriya “Zalsburq”unu çalışdıran 47 yaşlı mütəxəssis Leypsiqin eyniadlı təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Naqelsmanla 5 illik müqavilə bağlayan “Bavariya” bunun üçün “Leypsiq”ə 25 milyon avro ödəyib. //APA