Ronaldudan 79 milyon dollar təzminat tələb edilir - FOTO

 16:19 29.04.2021     85

Kriştianu Ronaldu tərəfindən təcavüzə məruz qaldığını iddia edən amerikalı model Ketrin Mayorqa “Yuventus”un futbolçusundan təqribən 79 milyon dollar təzminat almaq istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə “Mirror” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu məbləğə məhkəmə xərcləri və vəkillər üçün xərclər də daxildir.

Qeyd edək ki, “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldunun amerikalı model Katrin Mayorqaya 2009-cu ildə Las Veqasda təcavüz etdiyinə dair iddialar var. //Oxu.az

2