UEFA sosial şəbəkələri 3 günlük boykot edir - SƏBƏB

 20:35 29.04.2021     312

UEFA sosial şəbəkələrin boykotuna qoşulub.

Redaktor.az xəbər verir ki, aprelin 30-dan mayın 3-dək qurumun sosial şəbəkə səhifələrində paylaşım edilməyəcək.

Bununla da UEFA irqçilik və ayrı-seçkiliyə etiraz əlaməti olaraq analoji addım atan İngiltərə klublarına dəstək nümayiş etdirib.

Qeyd edək ki, klublar feysbuk, tvitter və instaqramın irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə aparmamasından narazılığını bu yolla göstərməyə qərar verib. //BAKU.WS 

Vumart və Güvən reklamı Vumart Güvən