Şəhriyar Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı

 01:10 30.04.2021     61

Şahmat üzrə onlayn Çempionlar Turunun “New in Chess Classic” mərhələsində bu gün birinci yarımfinal görüşləri baş tutub.

Redaktor.az xəbər verir ki, Şəhriyar Məmmədyarovun bu mərhələdəki rəqibi yapon əsilli ABŞ təmsilçisi Hikaru Nakamura olub. Həmyerlimiz qarşılaşmada məğlub olsa da, finala çıxma şansını hələ itirməyib.  

Digər yarımfinal görüşündə turnirin təşkilatçısı və dünya çempionu olan norveçli Maqnus Karlsenlə Ermənistan vətəndaşlığından imtina edərək ABŞ vətəndaşlığını almağa hazırlaşan Levon Aronyan qarşılaşıb. Görüş heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, sabah ikinci yarımfinal görüşləri keçiriləcək.

Xatırladaq ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi isə 8500 dollar qazanacaq.