DÇ-2023: Millimizin rəqibləri bəlli oldu

 16:12 30.04.2021     92

Qadın futbolçulardan ibarət yığmalar arasında 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Püşkatmaya 4-cü səbətdən qoşulan yığma Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro seçmələri ilə E qrupuna düşüb.

Qeyd edək ki, dünya çempionatı 10 iyul - 20 avqustda təşkil olunacaq. Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək. //Report.az