"Barselona" futbolçusu ilə müqaviləni uzatdı

İspaniyanın "Barselona" klubu futbolçusu Oskar Mingesa ilə müqavilənin müddətini uzadıb.
Redaktor.az xəbər verir ki, 22 yaşlı müdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
İspaniyalı oyunçunu heyətinə qatmaq istəyən klub 100 milyon avro ödəməlidir.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Oskar Mingesa 2020-ci ildən əsas komandada çıxış edir. //Report.az