ÇL-də həftənin futbolçusu açıqlanıb

 20:21 30.04.2021     78

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.

Redaktor.az xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante həftənin ən yaxşı oyunçusu seçilib.

Bu barədə UEFA-nın Mətbuat xidməti məlumat yayıb. Kante komandasının İspaniya “Real”ı ilə qollu heç-heçəyə (1:1) razılaşdığı matçda 6 uğurlu driblinqlə yadda qalıb. 30 yaşlı fransızın bu matçda ötürmələrinin 86 faizi dəqiq alınıb.

ÇL-də həftənin ən yaxşı oyunçusu adına Kevin de Breyne (“Mançester Siti”, İngiltərə), Kərim Benzema (“Real”, İspaniya) və Anxel Di Mariya (PSJ, Fransa) da namizəd idi. //Qafqazinfo