Valdes yenidən "Barselona"ya qayıdır

 06:25 01.05.2021     75

İspaniya "Barselona"sının sabiq qapıçısı Viktor Valdes yenidən Kataloniya təmsilçisinə qayıdır.

Redaktor.az xəbər verir ki, veteran qolkiper klubun təklifini qəbul edib. O, futbol akademiyasında qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, 2019-cu ildə "Barselona"nın U-19 komandasının baş məşqçisi olmuş Valdes bu postda cəmi 3 ay qalıb. O, klub rəhbərliyi, xüsusilə də akademiyanın direktoru Patrik Klyuvertlə fikir ayrılığına görə istefa verib.

39 yaşlı keçmiş qolkiper 2000 - 2014-cü illərdə "Barselona"nın əsas komandasının qapısını qoruyub. //Report