Burak Yılmaz Türkiyə Super Liqasına qayıdır

 20:00 01.05.2021     298

Fransanın “Lill” klubunun türkiyəli hücumçusu Burak Yılmaz növbəti mövsüm İstanbulun “Fənərbaxça” klubunun formasını geyinəcək. 

Redaktor.az bildirir ki, bu barədə Türkiyənin məşhur “Fotomaç” idman qəzetinin müxbri Ozan Zeybek özünün sosial şəbəkə hesabında məlumat verib.

Qeyd olunur ki, artıq 35 yaşlı futbolçu “Fənərbaxça” rəhbərliyi ilə razılaşmanın ilkin detallarını razılaşdırıb. //Oxu.az