Vahid Ələkbərovun futbol klubunu oğlu idarə edəcək

 16:01 03.05.2021     125

Moskvanın “Spartak” futbol klubunun Direktorlar Şurasında dəyişikliklər olub.

Redaktor.az bildirir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, səhmdarların ümumi yığıncağının qərarı ilə Zarema Salihova və Yusif Ələkbərov idarə heyətinə daxil edilib.

Sergey Mixaylov klubun rəhbər heyətini tərk edib.

Qeyd edək ki, Yusif Ələkbərov “Lukoil” şirkətinin rəhbəri, “Spartak” futbol klubunun sahibi Vahid Ələkbərovun oğludur. //Oxu.az