“Real” Serxio Ramosa əvəzləyici tapıb

 17:57 03.05.2021     322

Serxio Ramosla yeni müqaviləni razılaşdıra bilməyən “Real” kapitanın yoxluğuna indidən hazırlıq görür.

Redaktor.az-ın məlumatına görə, “kral klubu” yayda bir mərkəz müdafiəçisi transferi ilə bu boşluğu doldurmaq niyyətindədir.

Madrid təmsilçisi artıq ilk namizədini də müəyyənləşdirib. Rəhbərlik yayda PSJ-nin kapitanı Markinyoşu heyətinə qatmağa çalışacaq. İspanlar bu keçid üçün Paris klubuna 65 milyon avro təklif edəcək.

Qeyd edək ki, 2013-cü ildən PSJ-nin formasını geyinən 27 yaşlı Markinyoşun müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. //APA