“Sumqayıt" klubunun zərəri 14 % azalıb

“Sumqayıt Futbol Klubu” MMC 2020-ci ili 2,062 milyon manat zərərlə başa vurub.
Redaktor.az xəbər verir ki, zərər 2019-cu ilə nisbətən 13,5 % azdır.
Ötən il “Sumqayıt" əvvəlki illə müqayisədə 2,6 dəfə çox - 1,048 milyon manat gəlir əldə edib. Bunun 424 min manatı sponsor və reklamçıların hesabına (45,2 % çox), 624 min manatı isə sair əməliyyatlardan (5,95 dəfə çox) əldə olunub.
İl ərzində klubun xərcləri 11,9 % artaraq 3,11 milyon manat təşkil edib. Bunun 2,402 milyon manatı (14,2 % çox) əmək haqqı və mükafatların verilməsinə, 35 min manatı əsas vəsaitlərin amortizasiyasına (təxminən 2 dəfə çox), 672 min manatı isə sair əməliyyatlara yönəldilib.
Bu il yanvarın 1-nə “Sumqayıt Futbol Klubu”nun aktivləri 324 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 81 % çoxdur.
Hesabat dövründə klubun öhdəlikləri 15,1 % artaraq 15,099 milyon manata, balans kapitalındakı çatışmazlıq isə 14,2 % artaraq 14,776 milyon manata çatıb. //Report

