“Formula 1”də lider dəyişib

 23:45 23.05.2021     217

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə Monako Qran-prisinin qalibi olub.

Redaktor.az xəbər verir ki, o, ümumi hesabda 105 xal toplayaraq, turnir cədvəlində “Mercedes” pilotu Luis Hemiltonu qabaqlayıb. Britaniyalı idmançı Monakoda finişə yeddinci çatıb.

Podiumda ikinci pilləni “Ferrari” komandasından Karlos Sayns, üçüncü yeri isə “Maklaren”li Lando Norris tutub.

Qeyd edək ki, Ferstappen karyerası ərzində ilk dəfə Monako trasında qalib gəlib.

Ötənilki yarış pandemiya səbəbindən ləğv olunub. //Oxu.az