Dünya şöhrətli baş məşqçi karyerasını bitirib

 22:17 23.05.2021     247

Məşhur mütəxəssis, "Feyenoord"un baş məşqçisi Dik Advokat karyerasını bitirib.

Redaktor.az xəbər verir ki, "Utrext"lə matç (2:0) 73 yaşlı mütəxəssis üçün son olub. Advokat final fitindən sonra göz yaşlarını saxlaya bilməyib.

Həmçinin "Feyenoord" bu qələbə sayəsində Konfrans Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Advokat 1992-1994, 2002-2004 və 2007-ci illərdə Niderland, 2005-də Birləşmiş Ərəb Əmirlikləri, 2005-2006-da Cənubi Koreya, 2009-2010-da Belçika, 2010-2012-də Rusiya 2014-də Serbiya millilərini çalışdırıb. Niderlandlı mütəxəssis "Borusiiya" (Münhenqladbax), "Reyncers", "Zenit", PSV kimi məşhur klublara başçılıq edib.

2004-cü ildə Niderland millisi ilə Avropa üçüncüsü olan Advokat vətənində PSV ilə ölkə çempionluğunu, kubokunu və Super Kubokunu, "Reyncers"lə Şotlandiyada ölkə çempionluğunu, kubokunu və Liqa Kubokunu, "Zenit"lə isə Rusiya çempionluğunu, UEFA Kubokunu və Super Kubokunu qazanıb. //Qaynarinfo