Azərbaycanı avrokuboklarda bu klublar təmsil edəcək

 22:29 24.05.2021     124

Növbəti mövsümdə Azərbaycanın avrokuboklarda təmsil edəcək futbol klublarının tam tərkibi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, mövsümü çempion kimi başa vuran “Neftçi” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Başa çatan mövsümü gümüş medallarla bitirən “Qarabağ” isə qüvvəsini yeni yaradılan Konfrans Liqasında sınayacaq.

“Sumqayıt” mövsümü üçüncü pillədə başa vurduğu üçün, “Keşlə” isə Azərbaycan kubokunun qalibi olduğuna görə Konfrans Liqasında mübarizə aparacaq.

Çempionlar Liqası, I təsnifat mərhələsi

“Neftçi”

Konfrans Liqası, II təsnifat mərhələsi

“Qarabağ”

“Keşlə”

“Sumqayıt”