Almaniya millisinin yeni baş məşqçisi bəlli olub

 13:55 25.05.2021     258

Futbol üzrə Almaniya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Redaktor.az xəbər verir ki, bu vəzifəyə Hans-Diter Flik gətirilib.

Cari mövsümün sonunda "Bavariya" klubundan ayrılan 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Flik AVRO-2020-dən sonra yığmanın sükanı arxasına keçəcək. O, hazırkı baş məşqçi Yoahim Lövü əvəzləyəcək. //Report.az