“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzalayıb

“Qarabağ” FK Bədavi Hüseynov ilə yeni müqavilə imzalayıb.
Redaktor.az bildirir ki, bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2 ildir.
Qeyd edək ki, Bədavi Hüseynov “Qarabağ” FK-nın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.