Paralimpiya çempionumuz Bakıda keçirilən yarışda medalsız qalıb

 20:14 25.05.2021     115

Bu gün Bakıda paracüdo üzrə Qran Pri yarışına start verilib.

Redaktor.az-ın xəbərinə görə, tamaşaçısız və media nümayəndələrinin iştirakı olmadan keçirilən yarışın ilk günündə Azərbaycanın 10 idmançısı mübarizə aparıb. Bunlardan 6-sı medal qazanıb.

Kişilərdə Namiq Abbaslı (-66 kq) qızıl və Vüqar Şirinli (-60 kq) bürünc medal qazanıb. 39 yaşlı Paralimpiya, dünya və ikiqat Avropa çempionu Ramil Qasımov (-73 kq) Bakıda keçirilən yarışda medalsız qalıb.

Qadınlar daha yaxşı çıxış edib. Sevda Vəliyeva (-57 kq) qızıl, Şahanə Hacıyeva (-48 kq), Bəsti Səfərova (-52 kq) və Afaq Sultanova (-57 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, sabah yarışın son günüdür. Sabah İlham Zəkiyev və Zülfiyyə Hüseynova kimi 8 ağır çəkili idmançımız mübarizə aparacaq. //Oxu.az