“Zirə” millimizin daha bir futbolçusunu transfer etdi - FOTO

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.
Redaktor.az xəbər verir ki, Bakı klubu Mehdi Cənnətovla iki illik müqavilə bağlayıb.
29 yaşlı qapıçı daha əvvəl Rusiyanın “Anji”, “Baltika” klublarında, ölkəmizdə isə “Sumqayıt”da çıxış edib. Mehdi Cənnətov Azərbaycan milli komandasının da üzvüdür.