Türkiyəli atlet həmyerlimizin rekordunu geridə qoyub

 08:37 27.05.2021     201

Türkiyənin paytaxtı Ankarada Olimpiya sınaq yarışları keçirilir.

Redaktor.az saytının məlumatına görə, turnir Sinan Örənin 300 metr məsafəyə qaçmaqda rekord vurması ilə əlamətdar olub.

O, məsafəni 32,46 saniyəyə qət edib. Bununla da Sinan yeni rekorda imza atıb.

Atlet Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı idmançı Ramil Quliyevin göstəricisini arxada qoyub. Vətəndaşlığını dəyişən təmsilçimizin rekordu 32,61 saniyəyə bərabərdir. //APA