İdman zalları açılışa necə hazırlaşır? - VİDEO

İyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı sertifikat tələbi müəyyən edilən iş və xidmət sahələrinin ən azı 80%-nin pasporta malik olması vacibdir.
Redaktor.az xəbər verir ki, bu tələb idman zallarına üz tutmaq istəyənlərə də aiddir.
İdman zallarının yeni şərtlər daxilində necə işləyəcəkləri barədə fitnes məşqçisi Həsən Rahimoğlu maraqlı açıqlama verib:
“Artıq 2 ilə yaxındır ki, idman zalları fəaliyyət göstərmirdi, uzun zamandan sonra bu zallara qovuşacağıq. Bunun üçün ciddi şəkildə dizinfeksiya işləri görüləcək, alətlər dəyişdiriləcək. Bundan əlavə, işçilər də iyun ayının 10-a qədər vaksinasiyadan keçəcəklər.
Məşq etmək üçün zala gələn şəxslərə həm sahibkarlar, həm də dövlət qurumları tərəfindən nəzarət ediləcək ki, həqiqətən də COVID-19-a qarşı pasportları olsun”.
Aysel Hacıyeva / Redaktor.az