ADBTİA idman könüllüləri ilə əməkdaşlıq edəcək

 20:50 27.05.2021     118

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Redaktor.az-ın məlumatına görə, memorandumu Akademiyanın rektoru Fuad Hacıyev və İctimai Birliyin idarə heyətinin sədri Miraqil Seyidzadə imzalayıblar.

Bu münasibətilə təşkil edilən onlayn toplantıda hər iki qurumun rəhbərliyi, ADBTİA-nın tələbə və müəlllim heyəti, eləcə də idman könüllüləri iştirak ediblər.

Tədbirdə çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, idman könüllüləri ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarış və tədbirlərdə daim fəallıqları ilə seçiliblər və həmişə təşkilatçılara böyük dayaq olublar. Rektor Akademiyanın fəaliyyəti və yeniliklər barədə də məlumat verib.

Gənclər və İdman Nazirliyi İdman Şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov da idman könüllülərinin fəaliyyətindən danışaraq qeyd edib ki, könlllüər artıq idman ictimaiyyətinin aparıcı qüvvəsinə çevriliblər və bu gün ölkədə təşkil edilən tədbirləri onlar olmadan təsəvvür etmək mümkün deyil.

Azərbaycan İdman Könüllüləri İctimai Birliyi İdarə Heyətinin sədri Mirqail Seyidzadə isə təşkilat barədə məlumat verərək görülən və planlaşdırılan işlər barədə danışıb.

Tədbirdə qeyd edilib ki, ADBTİA ilə Azərbaycan İdman Könüllüləri arasında imzalanan memorandum bu iki təşkilat arasında sıx əməkdaşlığın təməli olacaq.

Tədbirin sonunda sənəd imzalanıb.