"Tək millət, iki dövlət şüarı ilə oynadıq" - TFF prezidenti

 04:17 28.05.2021     281

"Gözəl oyun və yaxşı mübarizə oldu. Tək millət, iki dövlət şüarı ilə oynadıq. Azarkeşlər də oyunboyu komandaları dəstəklədilər".

Redaktor.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunundan sonra deyib.

TFF rəhbəri matçdan sonra AVRO-2020-də iki oyunlarını Bakı keçirəcəklərini xatırladıb:

“Avropa çempionatı yolunda ilk oyunumuzu Azərbaycana qarşı keçirdik. Uels və İsveçrə ilə oyun Bakıda olacaq. Bu bir başlanğıcdır. Ümid edirəm ki, qrupdan çıxıb, yolumuza davam edə biləcəyik". //Report