"Türkiyə Bakıdakı oyunlarda azarkeşləri sevindirəcək" - Rövnəq Abdullayev

"Türkiyə millisinə uğurlar arzulayıram".
Redaktor.az-ın məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının Türkiyə seçməsinə 1:2 hesabı ilə uduzduğu yoldaşlıq matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Assosiasiya rəhbəri qonşu ölkə komandasının AVRO-2020-də iki matçını Bakıda keçirəcəyini xatırladıb:
"İnanırıq ki, Romadan qələbə ilə qayıdacaqlar. Azərbaycanda azarkeşlərlə Türkiyənin qələbələrini izləyəcəyik. Onlara qələbələr arzulayıram. İnanıram ki, Bakıdakı oyunlarda uğurlu çıxış edəcəklər və azarkeşləri sevindirəcəklər". //Report