“Barselona” Messiyə 10 illik müqavilə təklif edib

 09:02 28.05.2021     83

İspaniyanın “Barselona” futbol klubu argentinalı hücumçu Lionel Messiyə on illik müqaviləni imzalamağı təklif edib.

Redaktor.az bildirir ki, bu barədə “Catalunya Radio” məlumat verib.

Bildirilir ki, müqavilənin şərtlərinə əsasən, Messi daha iki mövsüm klubun şərəfini qoruyacaq. Bundan sonra argentinalı oyunçu “Barselona”nın səfiri qismində üç il ərzində ABŞ-ın MLS liqasında çıxış edəcək.

Müqavilənin qalan 5 ili ərzində Messi “Barselona”nın strukturunda vəzifələrin birini tutacaq. Qeyd olunur ki, kataloniyalılar argentinalı hücumçu ilə müqavilənin uzadılması məsələsində nikbindir.

Xatırladaq ki, Messinin "Barselona" ilə müqaviləsi 30 iyun 2021-ci il tarixində bitir. Otuz üç yaşlı futbolçu bütün karyerasını klubunda oynayıb. Messi “Barcelona”nın heyətində dörd dəfə Çempionlar Liqası Kubokunun sahibi olub. //Report.az