Əliyar Ağayev Türkiyə millisinin oyununu idarə edəcək

 11:33 28.05.2021     214

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Türkiyə millisinin oyununa təyinat alıb.

Redaktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, o "ay-ulduzlular"ın Qvineya ilə yoldaşlıq matçının baş hakimi olacaq.

Mayın 31-də Antalya şəhərində keçiriləcək görüşdə Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, Türkiyə yığması ötən gün yoldaşlıq qarşılaşmasında Azərbaycan millisini 2:1 hesabı ilə məğlub edib.

Vumart və Güvən reklamı Vumart Güvən