Bekhemin klubu 2 milyon dollar cərimələnib

 06:22 30.05.2021     836

MLS (Şimali Amerikanın yüksək səviyyəli Futbol Liqası) “İnter Mayami” klubunun fransalı Blez Matuidinin və kolumbiyalı Andres Reyesin transferi ilə əlaqədar istintaqı yekunlaşdırıb. Nəticədə futbol ulduzu Devid Bekhemin əsasını qoyduğu və ortağı olduğu klub 2 milyon dollar (3,4 milyon manat) cərimələnib.

Redaktor.az bildirir ki, bu barədə MLS-in rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Reyes “Inter Mayami”də 2020-ci ilin fevralından dekabr ayına qədər icarə əsasında oynayıb. Matuidi isə avqust ayında İtaliya “Yuventus”undan komandaya qatılıb.

Klubun heyətdəki oyunçuları müəyyənləşdirmək qaydalarını pozduğu bildirilir.

Matuidi və Reyes “təyin olunmuş oyunçu” statusu almalı idi ki, bu da kluba futbolçuları maaş limitindən çıxartmağa imkan verirdi. //Oxu.az