Teymur Rəcəbov finala çıxa bilməyib

 23:51 29.05.2021     83

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

Redaktor.az-ın məlumatına görə, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahnatçısı Teymur Rəcəbov finala gedən yolda Karlsenlə yenidən üz-üzə gəlib. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olmasına baxmayaraq, bu dəfə uduzub - 3:1.

Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşiyə qalib gəlib - 2:1.

Beləliklə, finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə üz-üzə gələcək.

Çempionlar Turu, VI mərhələ

The FTX Crypto Cup

29 may

Yarımfinal, cavab görüşləri

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) - 3:1 (1:0; 0,5:0,5; 0,5:0,5; 1:0)

İlk oyun - 2:2

Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya) - 2:1 (0,5:0,5; 0,5:0,5; 1:0)

İlk oyun - 2,5:1,5

Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur. //Report.az