"Yuventus" Ronaldunu Poqba ilə dəyişmək istəyir

 01:12 31.05.2021     73

İtaliyanın "Yuventus" futbol komandasının rəhbərliyi portuqaliyalı hücumçu Kriştianu Ronaldunun "Mançester Yunayted"də çıxış edən fransız yarımmüdafiəçi Pol Poqba ilə mübadiləsi barədə düşünür.

Redaktor.az bildirir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat verib.

Portuqaliyalı futbolçunun Turin komandası ilə müqaviləsi 2022-ci ilə qədər qüvvədədir. Ronaldunun illik maaşı 31 milyon avro təşkil edir.

Bu halda qeyd edilir ki, klubun Ronaldu ilə vidalaşmaq arzusu italiyalı baş məşqçi Massimiliano Alleqrinin komandadakı vəziyyətini ağırlaşdırır.

Qeyd edək ki, 28 yaşlı Poqba 2012-2016-cı illərdə də "Yuventus"da çıxış edib. //Report.az