“Sabah” Klotsla yollarını ayırıb

 12:10 31.05.2021     245

“Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub müqaviləsi başa çatan Dmitro Klotsla vidalaşıb.

25 yaşlı yarımmüdafiəçinin sözləşməsi yenilənməyib.

Dmitro Klots bu ilin fevralında "Sabah"a keçib və altı oyunda meydanda olub.

Qeyd edək ki, "Sabah" daha əvvəl Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete və Kevin Kubemba ilə də vidalaşıb. Ramin Quliyevin baş məşqçi olduğu komanda “Zirə”dən Elvin Camalovu heyətinə qatıb.