AFFA klubların cərimələrini ləğv edib

 19:59 31.05.2021     354

AFFA əvəzedici komandası Birinci Divizionda oynamayan, qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klublara güzəştə gedib.

Redaktor.az-ın məlumatına görə, bu barədə qərarı assosiasiyanın İcraiyyə Komitəsi verib.

2020/21 mövsümü üçün nəzərdə tutulan müvafiq cərimə ləğv edilib. Buna koronavirus pandemiyası səbəb olub.

2021/22 mövsümündə əvəzedici komandasının Birinci Divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150 min manat cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50 min manat ödəniləcək. //APA