Çempionlar Liqasının rəmzi yığması açıqlanıb - FOTO

 07:38 01.06.2021     90

UEFA 2020/21-ci illər mövsümü Çempionlar Liqasının rəmzi yığmasını açıqlayıb.

Redaktor.az bildirir ki, təşkilatın rəsmi saytı və sosial şəbəkə hesablarında yer alan siyahıya 7 “Çelsi” futbolçusunun adı daxil edilib.

Daha bir maraqlı məqam isə yığmada Ronaldunun olmamasıdır.

Beləliklə də, 23 oyunçudan ibarət rəmzi yığma aşağıdakı kimidir:

Qapıçılar: Tibo Kurtua (Real Madrid), Eduar Mendi (Çelsi), Ederson (Mançester Siti)

Müdafiəçilər: Antonio Ryudiqer (Çelsi), Ben Çiliuell (Çelsi), Devid Alaba (Bavariya), Ruben Diaş (Mançester Siti ), Markinyos (PSJ), Sesar Aspilikueta (Çelsi).

Yarımmüdafiəçilər: Lula Modriç (Real Madrid), Serjio Oliveyra (Portu), Fil Foden (Mançester Siti), Jorjinyo (Çelsi), Meyson Maunt (Çelsi), Kante (Çesli), Kevin De Brüyne (Mançester Siti), İlkay Gündoğan (Mançester Siti).

Hücumçular: Robert Levandovski (Bavariya), Kərim Benzema (Real Madrid), Neymar (PSJ), Erling Holland (Borussiya Dortmund), Kilian Mbappe (PSJ), Lionel Messi (Barselona).

//Oxu.az