Ulduz futbolçu xəstəxanaya yerləşdirilib

 20:30 01.06.2021     77

Çili millisinin və "İnter"in futbolçusu Arturo Vidal koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə Çili Futbol Federasiyası məlumat yayıb. Xəstəliyi ağır keçirən yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib.

Vidalın DÇ-2022-nin seçmə mərhələsində gələn həftə Argentina və Boliviya ilə keçiriləcək görüşləri buraxacağı açıqlanıb. Onun iyunun 13-də start götürəcək Amerika kubokunda iştirakı isə sual altındadır. //Qafqazinfo