“Real”ın yeni baş məşqçisinin adı AÇIQLANIB

 01:46 02.06.2021     307

Karlo Ancelotti Madrid “Real”ının baş məşqçisi təyin olunub.

Redaktor.az bildirir ki, bu barədə kral klubunun Mətbuat xidməti məlumat yayıb.

O, bu postda mayın 27-də komandanı tərk etmiş Zinəddin Zidanı əvəzləyib.

Qeyd edək ki, Ancelotti  2013-2015-ci illərdə “Real”ı çalışdırıb və komanda ilə İspaniya Kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.