Premyer Liqanın başlanma tarixi BİLİNDİ

 15:48 02.06.2021     235

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün startı müəyyənləşib.

Peşəkar Futbol Liqasından Redaktor.az-a verilən məlumata görə, yeni mövsüm 14 avqust tarixində başlanacaq.

Həmçinin, Azərbaycanda 2021/2022-ci illər mövsümünün transfer dövrlərinin tarixləri müəyyənləşib.

Yay transfer pəncərəsi iyunun 10-da açılacaq və sentyabrın 1-də bağlanacaq. Qış transfer pəncərəsi isə yanvarın 10-dan açıq olacaq. Klublar qış fasiləsində iştirak ərizələrini fevralın 9-dək təqdim etməlidir.

Vumart və Güvən reklamı Vumart Güvən