"Əvəzləmələr bizi məhv etdi" - Georgi Kondratyev

 03:33 03.06.2021     350

“Əlimizdən gələni etdik. Çox çalışdıq, amma əvəzləmələr bizi məhv etdi”.

Redaktor.az-ın məlumatına görə, bunu Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.

Minskdə baş tutan qarşılaşmada yığmamız əzmkar qələbə qazanıb – 2:1.

Oyunsonrası mətbuat konfransında Kondratyev fikrini bu sözlərlə davam etdirib:

“Dəyişdirdiyimiz futbolçular özləri əvəzlənmək istədilər. Sona qədər mübarizə aparmaq istəyirdik. Ancaq meydana sonradan qoşulanlar oyuna girə bilmədilər. Yığmaya çağırmaq üçün zəng edəcək başqa oyunçu yoxdur. Meydanda olan start heyəti yaxşı oynadı. Ancaq əvəzetmələr oyunumuzu gücləndirmədi”. //APA